EN

Çin ABŞ-a Tayvanla bağlı xəbərdarlıq edib

Çin ABŞ-nin suverenlik mübahisəsi olan Tayvana toplam 866 milyon dollar dəyərində əlavə hərbi material və silah satışına icazə verməsini pislədiyini bildirdi.

"Cebheinfo.az" xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qien açıqlamasında bildirib ki, Tayvana silah satışı iki ölkə arasında siyasi əlaqələrin əsasını təşkil edən “Vahid Çin” prinsipini və əsasını təşkil edən “Üç Birgə Bəyannamə”ni pozur.

Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində keçilməməsi lazım olan ilk “qırmızı xətt” olduğunu vurğulayan Vu, ABŞ-nin Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyinə əməl etmədiyini və Tayvanın müharibəyə sürüklədiyini qeyd edib.

“Biz ABŞ tərəfini Tayvana hərbi yardımı və silah satışını dərhal dayandırmağa və onun bölgə ilə hərbi əlaqələrini kəsməyə çağırırıq”, - deyə Vu bildirib. 

Xatırladaq ki, dekabrın 21-də ABŞ Prezidenti Co Bayden Müdafiə Nazirliyinə Tayvana hərbi materiallar, xidmətlər və təlimlər üçün 571 milyon dollar ayırmağa icazə verib.

Bundan əlavə, Müdafiə Nazirliyi dekabrın 20-də 300 taktiki radio sistemi və 16 silah dayağının satışının 295 milyon dollara təsdiqləndiyini açıqlayıb.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bəri faktiki müstəqillik əldə edib. 

Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir.

“Vahid Çin” prinsipini vurğulayan Pekin onu tanıyan ölkələrin Tayvanla rəsmi əlaqələr qurmasına və Tayvana silah satmasına qarşı çıxır.

Son illərdə Tayvana hərbi təzyiqlərini artıran Çin, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.

Chosen
2
14
cebheinfo.az

10Sources