Vladimir Putin və Donald Tramp arasındakı mümkün danışıqlara hazırlıq gedir.
Maraqlı məqam isə, örüşün məkanı kimi Bakı nəzərdən keçirilməsidir.
Ulusaql.az xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
Qeyd edilib ki, görüş üçün üç neytral paytaxt müzakirə olunur.
Onlardan biri MDB-də (güman edilir ki, Astana və ya Bakı), ikincisi Mərkəzi Avropada (Vyana), üçüncüsü isə Avropa qitəsindən kənarda (İstanbul) yerləşir.
Bakı və Vyana görüş üçün daha uyğun məkanlar hesab edilir.
Bundan başqa, lenta.ru xəbər verir ki, hazırda bütün bunlar versiya olaraq qalır. Kremldən isə bununla bağlı hələlik qəti bir açıqlama yoxdur.
Yaxın günlərdə bütün variantların müzakirə edilib, qərar veriləcəyi gözlənilir.Musavat.com