Çin suverenlik mübahisəsi olan Tayvana ABŞ-ın 866 milyon dollar dəyərində əlavə hərbi material və silah satışına icazə verməsini pislədiyini açıqlayıb.Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qien açıqlamasında bildirib ki, Tayvana silah satışı iki ölkə arasında siyasi əlaqələrin əsasını təşkil edən “Bir Çin” prinsipini və “Üç Birgə Bəyannamə”ni pozur.Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində keçilməməsi lazım olan ilk qırmızı xətt olduğunu vurğulayan Vu, ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyinə əməl etmədiyini və Tayvanı müharibə təhlükəsinə itələdiyini bildirib.“Biz ABŞ tərəfini Tayvana hərbi yardımı və silah satışını dərhal dayandırmağa və onun bölgə ilə hərbi əlaqələrini kəsməyə çağırırıq”, - deyə Vu qeyd edib.Qeyd edək ki, dekabrın 21-də ABŞ prezidenti Co Bayden Müdafiə Nazirliyinə Tayvana hərbi təchizat, xidmətlər və təlimlər üçün 571 milyon dollar ayırmağa icazə verib.Bundan əlavə, müdafiə nazirliyi dekabrın 20-də 300 taktiki radio sistemi və 16 silah dayağının satışının 295 milyon dollara təsdiqləndiyini açıqlayıb.