EN

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz həyatınızı bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etmisiniz. Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin, xüsusən də neft-qaz sektorunda əməkdaşlığın inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Əminəm ki, biz Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə azərbaycanlı tərəfdaşlarımızla birgə layihələr üzərində konstruktiv işi davam etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

12:50

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

12:36

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dirçəliş, inkişaf ideyalarının və strategiyasının həyata keçirilməsində Sizə yeni uğurlar və qələbələr arzulayırıq. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə güclü, müasir, firavan, bir çox sahələrdə heyrətamiz nailiyyətlər əldə edən, regional və qlobal məsələlərdə əsas aktor rolunu oynayan ölkəyə çevrilib.

Biz dövlət quruculuğu və institusional inkişaf, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ölkənin sosial-iqtisadi strukturuna reinteqrasiyası, iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, respublikanın regional və qlobal məsələlərdə fəal rolu ilə bağlı əldə olunan nailiyyətlərə heyranıq.

Azərbaycanın işğal edilmiş ərazilərinin tarixi Qələbə ilə azad edilməsindən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həyata keçirilən quruculuq proqramı miqyası, sürəti və keyfiyyəti baxımından misilsizdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Proqramının həyata keçirilməsi təqdirəlayiqdir.

Müharibədən sonrakı dövrdə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün və sabitliyin bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz əzmkar səyləri də yüksək qiymətləndiririk.

Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq məsələlərdə öz rolunu və nüfuzunu möhkəmləndirməkdə davam edir. Bakıda COP 29 Sammiti kimi qlobal əhəmiyyətli tədbirin uğurla keçirilməsi bunun əyani sübutudur. Beynəlxalq məsələlərin bir çox aspektlərində prinsipial və ardıcıl mövqeyiniz, qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığınız sayəsində Siz dünyada yüksək nüfuz və hörmət qazanmısınız.

Cənab Prezident, biz regional təşkilat olaraq irəli sürdüyünüz təşəbbüslərin həyata keçirilməsi işinə dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanın GUAM-a üzv dövlətlər arasında bölüşə biləcəyi təcrübəsini öyrənməkdə də maraqlıyıq. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir, onun getdikcə daha da güclənəcəyinə inanırıq.

Zati-aliləri, doğum gününüz münasibətilə Sizə bir daha səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün tükənməz enerji arzulayırıq".

10:03

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər.

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.

Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.

Möhtərəm cənab Prezident, Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq işinə önəmli töhfələr verən qlobal ideyalarınız və təşəbbüsləriniz, müəllifi olduğunuz Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi, insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya miqyasında əyani təsdiq edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Dövlət siyasəti olaraq yürütdüyünüz multikulturalizm siyasəti sayəsində dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir edilir.

Möhtərəm cənab Prezident, iqlim dəyişmələrinə dair qlobal əhəmiyyətli mötəbər COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi və əldə olunmuş uğurlu nəticələr münasibətilə Zati-alinizi və Sizin simanızda Azərbaycan dövlətini ürəkdən təbrik edir, Uca Yaradana xoş olan məramlara xidmət edən fəaliyyətinizin Azərbaycan və bütün dünya üçün xeyirlərə vəsilə olması naminə dualar edirik. Sizin xeyir-duanızla COP29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, heç şübhəsiz, Azərbaycan dövlətinin daha bir böyük nailiyyəti oldu. Bəşəriyyət üçün çox önəmli olan iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsinə həsr olunmuş belə bir qürurverici Zirvə görüşünün Azərbaycanda ərsəyə gəlməsində, möhtərəm cənab Prezident, Sizin böyük rolunuz danılmazdır. Məhz Sizin "yaşıl iqtisadiyyat" quruculuğu istiqamətində dəyərli fəaliyyətinizlə, planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən "Yaşıl Dünya Naminə Həmrəylik İli" kimi dəyərli qlobal təşəbbüsünüzlə Azərbaycan dünyanın iqlim nəbzinin vurduğu məkan kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Çox hörmətli cənab Prezident, dini konfessiyaların rəhbərləri olaraq, ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza, dini konfessiyalara diqqət və dəstəyinizə görə təmsil etdiyimiz icmalar adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Azərbaycanın dövlət rəhbəri olaraq doğum gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın Fatehi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimadı və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası adından bir daha Sizi - müzəffər dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Yepiskop Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri".

Chosen
19
47
hakimiyyet.az

10Sources