EN

Çin ABŞ-nin Tayvana silah satışına icazə verməsini pisləyib

Çin ABŞ-nin Tayvana silah satışını təsdiqləməsinə reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Çin ABŞ-nin Tayvana 866 milyon dollar dəyərində əlavə hərbi material və silah satışına icazə verməsini pisləyib.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çien açıqlamasında bildirib ki, Tayvana silah satışı iki ölkə arasındakı siyasi əlaqələrin əsasını təşkil edən “bir Çin” prinsipini və "Birgə Bəyannamə”ni pozur.

Qeyd edək ki, dekabrın 21-də ABŞ prezidenti Co Bayden Müdafiə Nazirliyinə Tayvana hərbi təchizat, xidmətlər və təlimlər üçün 571 milyon dollar ayırmağa icazə verib.

Chosen
1
14
operativmm.az

10Sources