EN

Xankəndidə müəllimin ölümü necə baş verib?

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Nəcəf Həsənovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Viral.az xəbər verir ki, mərhumun qardaşı Aydın Həsənov bildirib ki, qardaşını sonuncu dəfə dekabrın 23-də, hadisədən bir neçə saat əvvəl görüb.

“Nəcəf avqust ayında ailəsi ilə birlikdə Xankəndi şəhərinə köçüb. Orada müəllimlər üçün ayrılan binada ev veriblər. Övladı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcəbədi filialında təhsil alır. Bazar günü uşağı Ağcəbədiyə apardı və həmin gün də geri qayıtdı. Mən Xocalı rayonunun Əsgəran qəsəbəsində yaşayıram. Evə gəldi, ailəvi yemək yedik, söhbət etdik. Dedim ki, qal, qalmadı. Həyat yoldaşı da Xankəndidə bağçada işləyir. Həmin gün Xankəndiyə qayıtdılar. Səhər tezdən də yoldaşını işə gətirib.

Son Yazılar:

Nəcəf mənim də çalışdığım Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə saat hesabı dərs deyirdi. Səhər saat saat 08:30-da dərsə girdi. Təxminən saat 12-də görüşdük, çay içdik. Sonra elə qayıtdı Xankəndinə”, – A.Həsənov söyləyib.

Onun sözlərinə göörə, N.Həsənovun səhhətində əvvəllər heç bir problem olmayıb: “Səhhətindən şikayətçi deyildi, bu barədə kiməsə nəsə deməyib. Amma son zamanlar çox fikirli olurdu, qayğılı görünürdü. Bunun səbəbini soruşanda bir söz demirdi. Bizim özümüz də Nəcəfin fikirli görünməsinə adi yanaşırdıq. Çünki çox həssas adam idi, kiminsə nəsə bir problemi olanda onu ürəyinə salırdı, hamının dərdinə yanırdı. Məndən 9 yaş kiçikdir. Onda olan mənəvi saflığı heç kimdə görməmişəm”.

A.Həsənov qardaşının intihar etdiyinə inanmır: “Nəcəf namaz əhlidir, dinimiz də bunu qadağan edir. Onun intihar edəcəyini gözləmirdim və buna inanmıram. Qardaşımın ölümü ilə bağlı araşdırma aparılır, ekspertiza təyin olunub. Son sözü ekspertizanın nəticələri məlum olandan sonra demək olar. İndi qəti bir fikir söyləyə bilmirəm”.

Qardaşı qeyd edib ki, N.Həsənov dünyasını dəyişəndə yanında heç kim olmayıb. Hadisədən isə ilk xəbər tutan mərhumun həyat yoldaşı olub: “Həyat yoldaşı axşam saat 7-də evin qapısını açanda Nəcəfin meyitini görüb”.

Əslən Laçın rayonunun Qorçu kəndindən olan N.Həsənovun ailəsi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yaşayıblar. Məcburi köçkünlük dövründə Naftalan şəhərində və Goranboy rayonunda məskunlaşıblar.

Bir övlad atası olan N.Həsənov Naftalan şəhərində, bacılarının qəbiri yanında dəfn olunub.

Qarabağ Regional Təhsil İdarəsindən isə bildirilib ki, N.Həsənov dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib: “Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək.

İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib” (teleqraf.com). 

Chosen
10
5
viral.az

6Sources