EN

Əxlaqsızlığı təbliğ edən şoular evdə keçirilmiş

Aparıcı Azər İsmayılov əyləncə yarışlarını Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzilində təşkil edirmiş.

OLAY yazır ki, bu haqda Musavat.com məlumat yayıb. 

Bildirilib ki, daha əvvəl də “Təkərdə şou” adı altında bu cür yarışmalar təşkil edən Azər İsmayılovla bina sakinləri arasında bir neçə dəfə mübahisələr yaranıb. Onun bu cür hərəkətlərindən çoxsaylı şikayətlər olub. A.İsmayılova polis əməkdaşları tərəfindən bir neçə dəfə xəbərdarlıq edilib. Amma o, bu xəbərdarlıqlara məhəl qoymayıb.

Qeyd edək ki, ötən gün Tiktok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək, əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Chosen
6
4
olay.az

10Sources