EN

Hazal Kaya əməliyyat olundu

Türkiyəli aktrisa Hazal Kaya əməliyyat keçirib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bel yırtığı problemindən əziyyət çəkən aktrisa əməliyyat olunduğunu bildirib. 

Bununla da Hazal 2008-ci ildən əziyyət çəkdiyi problemindən qurtulduğunu deyib.

Xatırladaqki, Hazal Kaya ilk olaraq adını "Aşk-ı Memnu" serialı ilə məşhurlaşdırmışdı.

Musa
Milli.Az

Chosen
8
2
milli.az

3Sources