Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı döyüşən Şimali Koreya əsgərlərinin sayının 3 mini keçdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Zelenski dekabrın 23-də “Telegram” vasitəsilə verdiyi açıqlamada Rusiyanın avqust ayından bəri bölgəyə təxminən 12 min Şimali Koreya əsgərini yerləşdirdiyini bildirib.
O, Şimali Koreya əsgərlərinin bölgədə mövcudluğunun artdığını və bunun təkcə Ukrayna üçün deyil, həm də qlobal təhlükəsizliyə təhdid olduğunu vurğulayıb.
Zelenski xəbərdarlıq edib ki, Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi müasir döyüş texnikalarının və qabaqcıl hərbi texnologiyaların ötürülməsini sürətləndirə bilər.
“Şimali Koreyanın Rusiya ordusuna əlavə əsgər və hərbi texnika göndərməsi riski var və bizim buna konkret cavablarımız olacaq”, - deyən Zelenski, Rusiya ilə Şimali Koreya arasında əməkdaşlığın artırılmasının Koreya yarımadasında qeyri-sabitliyə səbəb ola biləcəyini əlavə edib.