Türkiyənin “Hatayspor” komandası baş məşqçisi Rıza Çalımbay ilə yollarını ayırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Hatay təmsilçisi hazırda 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.