EN

Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 20 milyon manat ayrıldı

Ajans.azxəbər verir ki, sərəncama əsasən, Limanın yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması üçün limanın genişləndirilməsi üçün 2-ci fazasının tikintisi üzrə xüsusi layihə idarəetmə ofisinin yaradılması ilə əlaqədar 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan nizamnamə kapitalının artırılması üçün 20 milyon manat vəsait “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Chosen
1
49
Ajans.az

10Sources