EN

Yolkaya od vuruldu - ETİRAZ BAŞLADI

Suriyanın Hama şəhərində milad yolkasına od vurulub. Şəhərin xristian əhalisi tərəfindən qurulan yolka naməlum şəxslər tərəfindən yandırılıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, hadisə xristianların çoxluqda yaşadığı Suheyləbiyə qəsəbəsində meydana gəlib. Müvəqqəti hökumət rəsmləri hadisənin əcnəbi döyüşçülər tərəfindən edildiyini bildirib və üzr istəyib.

Yolkanın yandırılması xristianlar tərəfindən kəskin etirazla qarşılanıb. Şəhər rəhbərliyi ağacı yenidən bərba edib.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
35
4
yenisabah.az

7Sources