EN

Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə konsert-tamaşa təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilib. 

 

Tədbirə Agentliyin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri və 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin benefisiarları cəlb olunub. 

 

Əvvəlcə qonaqlar Uşaq evi sakinlərinin hazırladıqları rəsm əsərləri, xalçaçılıq, toxuculuq və digər sənət nümunələrinin sərgisi ilə tanış olublar. 

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil edilən tədbirin məqsədi həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, eləcə də asudə vaxtlarının səmərəli təşkilidir. 

 

Sonra İMEC - Beynəlxalq Musiqi Tədris Mərkəzinin, 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin və 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə “Christmas musicals” parçası, “Piter Pen və Vendinin Bremen Musiqiçiləri ilə Macərası” tamaşası təqdim edilib. 

 

Sonda gənc ifaçı Camal Qasımovun ifasında ”Azərbaycan” mahnısı və uşaq evi sakinlərinin musiqi nömrələri maraqla qarşılanıb.

Chosen
3
3
qht.az

4Sources