EN

İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra İranın Ali Rəhbəri Əli Xamenei ikinci dəfə bu mövzuda fikirlərini açıqlayıb. Srağagün islam peyğəmbərinin qızı Fatimeyi-Zəhranın doğum günü münasibətilə dini mövzularda yazan şairlər və məddahlarla görüşən Xamenei öz çıxışında regionda baş verən proseslərdən də bəhs edib, o cümlədən Suriyanın gələcəyi ilə bağlı mövcud gerçəkliyə uyğun olmayan proqnoz verib".
Oxu.Az-ın məlumatına görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Bildirilib ki, həmin proqnoz və bütövlükdə İran rəhbərinin sözügedən çıxışında səsləndirdiyi iddialar onun dünyada və regionda meydana çıxmış reallıqları, beynəlxalq münasibətlərdə baş vermiş transformasiyanı adekvat şəkildə dərk etməkdə aciz olduğunu göstərməklə yanaşı, hazırkı proseslərin İran və müttəfiqləri üçün ehtiva etdiyi təhlükələri duyduğunu da nümayiş etdirir.
"Buna uyğun olaraq, o, son dövrün hadisələrindən çaşqınlıq və məyusluğa qapılmış tərəfdarlarına optimist əhval aşılamaq üçün müəyyən ümidverici tezislər irəli sürüb və "Allahın lütfü ilə, regionun sabahı bugünkündən daha yaxşı olacaq", - deyə bildirib.
Müəllifin sözlərinə görə, Suriyada hakimiyyətə gəlmiş qüvvəni "iğtişaşçı qrup" adlandıran Xameneinin şərhindən hiss olunur ki, o, eyni "iğtişaşın" İranda da baş verə biləcəyindən narahatlıq keçirir, bu üzdən potensial iğtişaşçıları bəri başdan hədələməyə çalışır.
"Həmin kontekstdə o, bir neçə gün öncə ABŞ dövlət katibi Antoni Blinkenin ölkənin nüfuzlu analitik mərkəzlərindən sayılan Xarici Əlaqələr Şurasındakı çıxışında səsləndirdiyi bir fikri təhrif edərək ad çəkmədən deyib: "ABŞ rəsmilərindən birinin cəfəng sözlərindən biri də budur ki, söyləyib: "Kim İranda iğtişaş törədərsə, biz ona kömək edəcəyik". Belə açıq şəkildə deməsə də, sözünün canı budur. Axmaqlar kabab iyi alıblar! İran xalqı bu şəkildə ABŞ-nin əlaltısı olmağı qəbul edən hər kəsi öz güclü ayaqları altında tapdalayacaqdır".
Süjetdə bildirilib ki, Xameneinin bu sözlərdən məqsədi heç də Blinkenə cavab vermək olmayıb.
"Onun mesajı elə adını çəkdiyi İran xalqına yönəlib. Xamenei demək istəyir ki, ölkədəki sosial-iqtisadi problemlərdən və ictimai azadlıqların boğulmasından cana gəlmiş İran əhalisi Suriyada baş verənlərdən ruhlanıb ayaqlanmaq istəsə, rejimin ən sərt rəftarı və zorakılığı ilə üzləşəcək!"
Ətraflı videoda:
Chosen
29
50
oxu.az

10Sources