EN

Valentina Matvienko Rusiya-Ukrayna danışıqlarında kompromisləri vacib sayır

RF Federasiya Şurasının sədri Valentina Matvienko deyib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar gələn il mütləq başlayacaq.

Onun fikrincə, prosesin özü asan olmayacaq, lakin münaqişənin həlli üçün kompromislər axtarmaq lazımdır.

Xanım Matvienko əmin edib ki, Rusiya istənilən vaxt danışıqlar masası arxasına əyləşib bütün mümkün variantları müzakirə etməyə hazırdır, lakin Minsk razılaşmaları ilə bağlı vəziyyət təkrarlanmayacaq. “Mənası pozulan İstanbul razılaşmaları bizim yanaşmalarımızın təməlini, əsasını qoydu. Təkrar etməyəcəyəm, siz onları çox yaxşı tanıyırsınız. Bu, daimidir, biz bundan bir zərrə qədər də yayınmayacağıq”, – spiker jurnalistlərə bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
39
editor.az

1Sources