EN

“Naxçıvan – 100” xalçasının təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Xalça Muzeyində Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları tərəfindən hazırlanmış “Naxçıvan-100” xalçasının təqdimat mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək Naxçıvanın 100 illik yubileyinin Azərbaycan tarixində həm dövlətçilik ənənələrinin, həm də milli kimliyimizin qürur mənbəyi olduğunu deyib. “Bu torpaqlar əsrlər boyu Azərbaycan xalqının mədəniyyətini, irsini və dövlətçilik ruhunu qoruyaraq saxlayıb. 100 il əvvəl, 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması ilə bu torpaqların hüquqlu statusu təsbit edilib. Bu, təkcə hüquqi deyil, həm də tarixi bir zəfərdir.

O, bu gün təqdim olunan xalçanın sadəcə bir sənət nümunəsi deyil, Naxçıvanın qədim tarixini, zəngin mədəniyyətini və əzəmətli simvollarını əks etdirən bir şah əsəri olduğunu bildirib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bu xalçanın tarixi yaddaşımızın bir parçasına çevriləcəyini söyləyib. O, Azərbaycan xalq tətbiqi sənətinin bir qolu olan xalçaçılığın milli kod daşıyıcısı olduğunu deyib.

Sonra xalçanın hazırlanması ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra 80 gün ərzində ərsəyə gələn “Naxçıvan-100” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi reallaşıb.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib.

Qonaqlar həmçinin Naxçıvan muzey fondlarına aid maddi mədəniyyət nümunələrindən ibarət sərgi ilə tanış olublar.

Chosen
8
2
tehsil.biz

10Sources