Xəbər verdiyimiz kimi, bu gün ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Tədbirdə dövlət başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Natiq Bağırova, Rauf Bunyatəliyevə, Cavanşir Qurbanova və Sadıq Sadıqova Prezidentin fəxri fərmanlarını təqdim edib.
Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Nəriman Abdullayev və Rövşən Umudov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunublar.