EN

Əsədin ailə üzvlərinin adı xəstəxana və klinikalardan silinir

Keçid hökumətinə daxil olan Suriya Səhiyyə Nazirliyi ölkənin müxtəlif bölgələrində əvvəllər devrilmiş prezident Bəşər Əsədin ailəsinin müəyyən üzvlərinin adını daşıyan 15 xəstəxananın adlarını dəyişdirmək qərarına gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ad dəyişikliyi ölkənin ən böyük şəhərlərində - Hələb, Dəməşq, Deyr əz-Zor, Latakiya, Tartus, Həma, Homs və bir sıra digər şəhərlərdəki xəstəxana və klinikalara şamil edilir. Onların bəziləri hələ də 1994-cü ilin yanvarında avtomobil qəzasında həlak olan Bəşər Əsədin qardaşı Basilin adını daşıyır.

Dəməşqdəki Əsəd Universitetinin xəstəxanası bundan sonra Milli Universitet Xəstəxanası adlandırılacaq. Hələbdəki Basil Əsəd Ürək Xəstəlikləri və Cərrahiyyə Xəstəxanası Hələb Ürək Xəstəlikləri və Cərrahiyyə Xəstəxanasına çevrilib.

Chosen
8
2
unikal.az

2Sources