EN

Zurabişvilinin iddiaları ilə bağlı MSK-dan bəyanat

Oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı Prezident Salome Zurabişvilinin səsləndirdiyi iddiaları rədd edirik, bu cür çıxışların siyasi motivli və əsassız olduğunu bildiririk.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı bəyanatda bildirilib.

“Seçkilərin saxtalaşdırıldığına dair prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir. Seçki nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq, ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Prezident Zurabişvili yeni seçkilərin keçirilməsi üçün şura yaratdığını elan edib.

Zurabişvilinin səlahiyyət müddəti 29 dekabrda başa çatacaq.

Chosen
23
2
axar.az

3Sources