EN

Makronun “casus-masus oyunu”

Təəssüf ki, onlardan biri öz soydaşımızdır

Fransanın ölkəmizə qarşı həyasızcasına apardığı siyasətin ilk qurbanı elə onun öz vətəndaşı oldu. Bu qurban sadə fransız olmayıb böyük bir müəssisənin baş direktorudur. Yəqin vəzifəli şəxsin tamahı sonsuz olub. Çünki o, məhdud məsuliyyətli cəmiyyətin rəhbərliyindən gələn gəlirlərlə kifayətlənməyərək casusluqdan da əlavə pul əldə etmək niyyəti güdüb. Şübhə doğurmamaq üçün özünə azərbaycanlı köməkçi də tapıb. Görünür, geniş “iş” aparmaq üçün şəbəkə yaratmaq istəyirmiş. Lakin çox uzağa gedə bilməyib və  xüsusi xidmət orqanları tərəfindən ifşa edilərək yaxalanıb.Bununla da müsyö Makronun casus-masus oyunu uğursuzluğa düçar olub. Hadisənin təfərrüatı belədir.

Ötən ilin sonlarında Bakıda casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Martin Ryan barəsində qaldırılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Martin Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.

İttihama görə, "Merkorama" MMC-nin baş direktoru Martin Ryan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin agenti tərəfindən Azərbaycana qarşı casus kimi istifadə edilib. O, törətdiyi əməllərdə tək olmayıb. Martın Ryanla yanaşı casusluğa cəlb etdiyi Azərbaycan vətəndaşı Azad Məmmədli də mühakimə olunacaq. 

Bir müddət əvvəl "Observer Online" nəşri yazıb ki. Azad Məmmədli Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur. Ancaq müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb. ​Həmçinin məlum olur ki, hər iki şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng "Societe Generale" maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub. Azad Məmmədli həmin bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə, banklararası müqavilələrinin tərtibində iştirak edib. Fransa vətəndaşının çirkin əməllərinin məüsədi məlumdur. O, düşmən ölkənin mənafeyinə xidmət edir.

Bəs Azad Məmmədlini öz ölkəsinə və xalqına qarşı ən alçaq bir fəaliyyətə nə vadar edib? Çörəyini yeyib suyunu içdiyi, yetişdiyi bu torpaqdan daha qiymətli və müqəddəs nə var ki, Azad Məmmədli onu belə asanca satmağa razı olub? Əlbəttə, tamah, haram pullar, dəbdəbəli həyat. Özü də yalnız belə həyat üçün təminat istəyib. Fransada hər cür rahat şərait yaradılması müqabilində vətəninə dönük çıxmağı, qanı qanından olanları satmaq kimi bir şərəfsizliyi qəbul edib. O, bilərəkdən casusluq fəaliyyətinə qurşanıb və düşmənin dəyirmanına su axıdıb.

Məsələnin daha ciddi tərəfi Emmanuel Makron Fransasının Azərbaycana qarşı düşmən münasibəti və əhatəli şəkildə pozuculuq işlərinin arxasında dayanmasıdır. Azərbaycanın Fransanın müstəmləkəsi olan kiçik ada dövlətlərinə yardım etməsi, azadlıq mübarizəsində əzabkeş xalqların yanında olması cırtqoz Makronu qeyzləndirir. Bu, eqoist və təkəbbürlü prezidenti qızışdırıb özündən çıxarır. Dövlət başçısı kimi təmkini və sanbalını itirir. Bununla da Cənubi Qafqazda hegemonluğunu əlçatmaz arzuya, boş xülyaya çevirir. Müsyö Makron başa düşmək istəmir ki, Azərbaycan zəif ada dövləti deyil, istənilən düşməninə adekvat cavab vermək iqtidarındadır. O, unudur ki, belə çirkin əməllərlə ölkəsini dünya çapında olan-qalan nüfuzundan da məhrum edir. Özü və komandası Türkiyəyə və Azərbaycana qarşı təşkil etdiyi ağılsız tədbirləinin boşa çıxdığını görüncə daha da azğınlaşır. Ancaq hər həmləsində lazımi cavab tədbiri ilə susdurulur. Azərbaycan vətəndaşını cənnət həyatla şirnikləndirmək, onu öz ölkəsinə qarşı fəaliyyətə cəlb etmək Makron hökumətinə hansı başucalığı gətirə bilər? Şübhəsiz ki, axmaq planları boşa çıxan bu nadan yığını Ryan-myana rəhmət oxuyub başqa tor toxumaq barədə düşünürlər. Qoy başları çatlayana qədər düşünsünlər. Ağılsız başlar bədənə ağırlıq edər…

Vəli İlyasov, “İki sahil”

Chosen
32
ikisahil.az

1Sources