EN

Məşhur azərbaycanlı hakim karyerasını başa VURDU

Azərbaycanlı güləş hakimi Hicran Şərifov karyerasını başa vurub.

AzPost Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 25 illik hakimlik karyerasını bitirib.

Təcrübəli mütəxəssis son olaraq Azərbaycan çempionatında 55 kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib.

Referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının gur alqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.

Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası H.Şərifova xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, H.Şərifov Pekin-2008, London-2012 və Rio-2016 Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında və digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub. Azərbaycan güləş tarixində 3 Olimpiadada iştirak etmiş yeganə hakim ünvanına sahib H.Şərifov London-2012-nin ən ədalətli referisi qismində “Qızıl fit” mükafatına layiq görülüb. O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.

Chosen
15
22
azpost.info

10Sources