EN

Çəkiliş zamanı operatorun faciəli ölümünə səbəb olan aktyorun məhkəmə işinə nöqtə qoyuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2021-ci ilin oktyabrında "Pas" ("Rust") filminin çəkilişi zamanı operator Qalina Hatçinsin faciəli ölümü ilə bağlı rezonans doğuran işə nöqtə qoyulub. Nyu-Meksiko ştatının prokurorluğu aktyor Alek Bolduinə qarşı ehtiyatsızlıqdan adam öldürmə işinin dayandırılması barədə məhkəmə qərarının apellyasiya prosedurunu dayandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, ştatın xüsusi prokuroru Kari Morrissi məhkəmə qərarına qarşı apellyasiya şikayətini geri götürüb.
Aktyorun vəkilləri bunu onun günahsızlığının son təsdiqi adlandırıblar.
"Apellyasiyadan imtina barədə bugünkü qərar Alek Bolduin və onun vəkillərinin əvvəldən dediklərinin son təsdiqidir: bu, dəhşətli faciə idi, lakin Alek Bolduin heç bir cinayət törətməyib", - deyə aktyorun vəkilləri Lük Nikas və Aleks Spayronun birgə bəyanatında qeyd olunub.
Xatırladaq ki, 2021-ci ildə filmin çəkiliş meydançasında Bolduin təsadüfən içərisində döyüş patronu olan silahdan atəş açıb. Nəticədə operator Qalina Hatçins və rejissor Coel Souza yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Bolduinə qarşı adam öldürmə ilə bağlı rəsmi ittiham irəli sürülüb. Daha sonra aktyora qarşı ittihamlar götürülüb və o, layihədə çəkilişlərini davam etdirə bilib. Filmin çəkilişləri isə faciədən 18 ay sonra başa çatıb.
Chosen
13
50
oxu.az

10Sources