EN

Saçlarınız tel-tel tökülürsə və dırnaqlarınız qırılırsa, ...

Orqanizm üçün ən vacib minerallardan biri olan dəmir çatışmazlığı özü ilə müxtəlif sağlamlıq problemlərini də gətirir.
Dəmir çatışmazlığı halsızlıq, yorğunluq və unutqanlıq kimi vəziyyətlərə səbəb olur. Bəs dəmir çatışmazlığının səbəb olduğu digər xəstəliklər hansılardır? Mütəxəssis dəmir çatışmazlığına qarşı mühüm xəbərdarlıqlar edib.

Ucnoqta.az xəbər verir ki, dos. dr. Ayşe Uysal dəmir çatışmazlığının qadınlarda hər ay meydana gələn menstrual qanaxma, ana südü ilə qidalanma, hamiləlik və digər ginekoloji səbəblərdən qaynaqlanan qanaxmalara görə daha çox olduğunu bildirib.

Dəmirin bədənimizdəki bir çox funksiya üçün əhəmiyyətli bir mineral olduğunu qeyd edən Uysal bildirir ki, vücudumuz dəmir istehsal etmədiyi üçün xaricdən qidalarla birlikdə bədənimizə alınmalıdır.

Dəmir qeyri-kafi istehlak edildikdə və ya bədəndən çox itirildikdə çatışmazlıq yaranır. Bu çatışmazlığın ən böyük əlaməti dəmirdə bol olan qırmızı qan hüceyrələrinin olmaması səbəbindən anemiyadır.

Bədənimizdə dəmir çatışmazlığı anemiyasının əlamətləri yorğunluq, halsızlıq, dəri solğunluğu, yuxu pozğunluğu, xüsusilə idman zamanı təngnəfəslik, oriyentasiya pozğunluğu, unutqanlıq, dırnaqların kövrəkliyi, saç tökülməsi, ağız və ağız kənarlarında yara və çatlar əmələ gəlir. 
Bu simptomlardan bəziləri baş verərsə, insanların dəmir çatışmazlığı anemiyası üçün test edilmək üçün həkimə müraciət etməsi vacibdir.
Dəmir çatışmazlığından qaynaqlanan anemiya, yəni dəmir çatışmazlığı anemiyası ən çox rast gəlinən anemiya növüdür, qadınlarda hər ay baş verən menstrual qanaxma, ana südü ilə qidalanma, hamiləlik və digər ginekoloji səbəblərdən daha çox rast gəlinir. 
Həm kişilərdə, həm də qadınlarda mədə və bağırsaq problemləri, xüsusilə mədə xorası və bağırsaq və ya mədə xərçəngi bədəndən dəmir itkisinə səbəb olur.

Chosen
36
ucnoqta.az

1Sources