EN

Qan qrupu və xarakter: Kimlər ən ehtiraslı, kimlər isə ən sədaqətsizdir?

Araşdırmalar göstərib ki, qan qrupu insanın şəxsiyyət xüsusiyyətlərinə və davranışına təsir göstərə bilər.

Doktorm.az baku.ws-a istinadla xəbər verir ki, mütəxəssislər birinci qan qrupu sahiblərinin daha çox ehtiraslı və temperamentli şəxslər olduğunu müəyyən ediblər.. Onlar güclü iradə, enerjililik və parlaq emosiyalara malikdirlər ki, bu da onları ehtiraslı partnyorlar və yaxşı liderlər edir.

Digər tərəfdən, ikinci qan qrupuna sahib insanlar daha təmkinli olsalar da, münasibətlərdə sədaqətsizliyə daha çox meylli ola bilərlər. Bu, onların dəyişikliklərə və emosional sabitsizliyə olan meyilləri ilə əlaqəlidir. Oxşar tendensiyalar üçüncü qan qrupuna sahib insanlarda da müşahidə olunur, çünki onlar da dəyişikliklərə olan istəkləri səbəbilə münasibətlərə daha az bağlı ola bilərlər.

Tədqiqatçılar vurğulayırlar ki, bu məlumatlar universal deyil və şəxsiyyət xüsusiyyətlərinə çoxsaylı digər amillər də təsir göstərir. Lakin qan qrupu ilə insan davranışı arasındakı əlaqə araşdırılmağa dəyər maraqlı mövzular sırasındadır.

Chosen
1
1
Doktorm.az

2Sources