EN

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

"Cebheinfo.az" 

Chosen
11
49
cebheinfo.az

10Sources