EN

Bu tətbiq, cari ili yarım milyard dollar gəlirlə bağlayıb

Məşhur Telegram tətbiqi cari ildə təsirli maliyyə nəticəsi əldə edib. 

 

Sfera.az xəbər verir ki, tətbiq, ilk dəfə olaraq ili qeydə alınmış gəlirlə bağlayır. Bu barədə proqramın həmtəsisçisi Pavel Durov özünün Telegram kanalında yazıb.

 

“Üç illik monetizasiya tarixində ilk dəfə olaraq messencer gəlirli oldu. Telegram 24-cü ili bir milyard dollar gəlirlə bağlayır. Rəqəmsal valyuta aktivlərini nəzərə almasaq, biz ili yarım milyard dollardan çox pul fondu ilə bağlayırıq”, - Durov yazıb. Xüsusilə mühüm nailiyyət Telegram Premium auditoriyasının artımı olub. Hazırda bu kateqoriya üzrə abunəçilərin sayı 12 milyon istifadəçini ötüb. Durov bu ili Telegram üçün uğurlu adlandırıb.

 

İnci

Chosen
23
sfera.az

1Sources