EN

Bu şəxslərin maaşı 15% artırıldı - ƏMR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.

News24.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.

ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı təsdiq edib.

Chosen
13
12
news24.az

10Sources