EN

PAŞİNYANDA VİRUS AŞKARLANDI -MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinə qatılmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyanda koronavirus aşkarlanıb.

 

Senzor.az bildirir ki, baş nazir bu barədə Facebook səhifəsində yazıb.

 

“Bazar ertəsi, dekabrın 23-də COVID-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.

 

Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.

 

Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.

Chosen
2
14
senzor.az

10Sources