Olaylar bildirir ki, bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy deyib.
Onun sözlərinə görə, Türkiyənin Suriyada daimi hərbi bazaları yoxdur:
"Hazırda Türkiyə İdlib bölgəsində və sərhəd ərazilərində müvəqqəti hərbi bazalara malikdir. Ancaq yeni və daimi bazaların yaradılması üçün qarşılıqlı etimad və Suriya rəhbərliyi ilə razılıq tələb olunur. Keçid mərhələsində sabitliyin təmin olunmasına töhfə vermək məqsədilə tərəflərin razılığı ilə müvəqqəti bazaların genişləndirilməsi mümkün ola bilər".
Ekspert Türkiyənin Suriyada döyüş təyyarələrinin yerləşdiriləcəyi hava bazası ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Hərbi hava bazası məsələsinə gəldikdə, Türkiyənin Suriyada döyüş təyyarələrinin yerləşdiriləcəyi xüsusi bir baza yaratmağa ehtiyacı yoxdur. Bunun əvəzində, Suriyanın yenidən qurulması və humanitar yardımların sürətləndirilməsi məqsədilə helikopter bazasının yaradılması daha məqsədəuyğun ola bilər".