EN

Türkiyə limanları ilə 8 milyon tondan çox kimyəvi məhsul daşınıb

Bu ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından ümumilikdə 8 milyon 888 min 732 ton kimyəvi məhsul daşınıb.

Fins.az bildirir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, daşınan yüklərin 1 milyon 206 min 280 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 7 milyon 682 min 92 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

Eyni zamanda, bu dövr ərzində Türkiyə limanlarından tranzit olaraq 352 ton kimyəvi məhsul daşınıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərlə daxili limanlara 2 milyon 436 min 123 ton yük daşınıb.

Digər ölkələrin bayraqları altında olan gəmilərlə Türkiyə limanlarına daşınan yük məqdari 30 milyon 33 min 971 ton təşkil edib.

Bundan başqa, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton tranzit yük daşınıb.

Nazirliyin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərlə 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında olan gəmilərlə isə 336 milyon 353 min 21 ton yük daşınıb.

Həmçinin, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərin sayı 1 min 407, digər ölkələrin bayraqları altında olan gəmilərin sayı isə 2 min 966 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında olan gəmilərin sayı 19 min 536, digər ölkələrin bayraqları altında olan gəmilərin sayı isə 36 min 550 olub.

Fuad Mədətov
Fins.az

Chosen
13
49
fins.az

10Sources