EN

Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğradı, 25 nəfər xəstəxanaya yerləşdirildi - VİDEO (YENİLƏNİR)

Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğradı, 25 nəfər xəstəxanaya yerləşdirildi - VİDEO (YENİLƏNİR)

Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Qazaxıstan FHN məlumatı “Report”un Qazaxıstan bürosuna təsdiqləyib.

***

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bu barədə AZAL məlumat yayıb.

"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir".

***

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmət orqanları məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.

Qeyd edilib ki, baş verən yanğın söndürülüb.

Təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

***

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Qlobal.net xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. (APA)

.


 

Chosen
25
50
qlobal.net

10Sources