1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı dövlət başçısı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".