EN

Şahbaz Şərif Azərbaycana başsağlığı verib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan hava yollarına məxsus təyyarənin qəzaya uğraması səbəbilə başsağlığı verib.

Ölkə.az xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.

"Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır".

Chosen
15
9
olke.az

10Sources