EN

Qazaxıstan polisi Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb

Bakı. Trend:

Qazaxıstan polisi AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsininAktauda qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb.

Trend xəbərverir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyindən məlumatverilib.

"Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin vəprokurorluğun nümayəndələri gedib. Hadisənin səbəblərinin müəyyənedilməsi davam edir, Qazaxıstan Respublikasının CinayətMəcəlləsinin 344-cü maddəsi ("Nəqliyyat vasitəsini idarə edərkəntəhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və yadaha çox şəxsin ölümünə səbəb olduqda") əsasında ibtidai istintaqabaşlanılıb", - deyə Qazaxıstan DİN-dən bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Chosen
18
4
az.trend.az

1Sources