Növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan 49 ailəyə evlərinin açarları təqdim olunub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.