EN

Serbiya bu ağrılı zamanda Azərbaycanın kədərini bölüşür - Serbiya XİN rəhbəri

Bakı. Trend:

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsininqəzaya uğraması nəticəsində faciəvi insan tələfatı xəbəri mənidərindən sarsıtdı və kədərləndirdi.

Trend xəbərverir ki, bu barədə Serbiyanın xarici işlər naziri Marko Curiç “X”hesabındakı paylaşımında bildirib.

"Ən səmimi başsağlığı diləklərimi Azərbaycan xarici işlər naziriCeyhun Bayramova, vəfat edənlərin ailələrinə və Azərbaycan xalqınaçatdırıram. Serbiya bu ağrılı zamanda kədərinizi bölüşür", - deyə obildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Chosen
9
2
az.trend.az

1Sources