İran Prezidenti Məsud Pezeşkian iki erməni ailəsinin üzvləri ilə görüşüb.
Turkustan.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Söhbət İran-İraq müharibəsində ölmüş Oşavan Ayvazyanın həyat yoldaşı Nina Arutyunyan və Qaqik Tumanyanın anası Hasmik Mirzəyanla görüşdən gedir.
Pezeşkian görüşdə “ölən ermənilərin müharibədə İran üçün fədakarlıqları”ndan danışıb./teleqraf.com