EN

Danimakrka Qrelandiyanın müdafiəsinə milyardlar ayırır – Trampın açıqlaması təşviş yaradıb

Danimarka hökuməti ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın açıqlamasından sonra Qrenlandiyada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq.

Xatırladaq ki, Tramp sahəsi 2.7 milyon kvadrat kilometr olan buz təbəqəsi ilə örtülü Qrenlandiya adasının ABŞ-yə satılmasını istəyib və rəsmi Kopenhagendən dərhal rədd cavabı alıb. “Ölkənin ərazi bütövlüyü, suverenliyi müzakirə predmeti ola bilməz”, Danimarka rəsmiləri bildiriblər.

BBC-nin məlumatına görə, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ölkənin kronla “iki rəqəmli milyardlarla” və ya ən azı 1,5 milyard dollar dəyərində müdafiə paketi ayıracağını bildirib. Müdafiə Nazirliyinin rəhbəri dəqiq məbləğin adını çəkməsə də, Danimarka mediası onu təxminən 12-15 milyard kron (1,7-2 milyard dollar) qiymətləndirib.

“AzPolitika.info”

1Sources