EN

Təyyarə qəzasında həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstəriləcək

Təyyarə qəzası nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstəriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunub.

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar olub. 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasının səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyası:

baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək;

qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin edəcək;

qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etsin;

Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat versin.

Chosen
2
49
yenicag.az

10Sources