EN

İqtisadi güclü qadın ailənin təməlidir

Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi hər zaman  missiyasına uyğun fəaliyyətlər təşkil edir. 2024-cü il ərzində 3 kiçik sahibkarlıqla məşğul olan qadınların satış-sərgisini təşkil etmişdir. Sərgiyə təqdim olunan məhsul çeşidləri müxtəlif olmuşdur. Kənd təsərrüfatı, şirniyyat və qənnadı məhsulları, əl işləri, rəsm əsərləri sərgilənmişdir. Bu sahibkar xanımlar öz bizneslərini qurmaq üçün təşkilatımız tərəfdən müxtəlif dövlət və beynəlxalq qurumların həyata keçirdiyi biznes təlimlərə yönlədirilmişdir. Nəticədə təlimləri uğurlu keçərək biznes plan hazırlayıb avadanlıq əldə etmişlər. Bugün həm özlərini həm ailələrini eyni zamanda bir çox qadınında yeni iş əldə etməyinə imkan yaratmışlar. Onlar həmdə digər qadınlar üçün öz bilik bacarıqlarını istiqamətləndirə bilmək üçün rol model olurlar. Hal- hazırda ölkəmizdə boşanan ailələr evli ailələrdən üstünlük təşkil etdiyi üçün qadınların iqtisadi güclənməyə ehtiyacı var. İqtisadi güclü qadın ailənin möhkəm təməl üzərində dayanmasına kömək edir. Qadınlarımıza sahibkarlıq istiqamətində fəaliyyət göstərməyə düzgün yönləndirməliyik beləliklə cəmiyyətdə ailə institutunun daha güclü təməl üzərində dayanmasında kömək olarıq.

Chosen
6
sabahinfo.az

1Sources