MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb...
APA-nın Rusiya bürosu xəbər ki, Sankt-Peterburqda keçirilən sammiti Rusiya Prezidenti Vladimir Putin açaraq Qazaxıstanda baş vermiş təyyarə qəzasında həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.
Daha sonra Rusiya prezidenti MDB çərçivəsində əməkdaşlığın səviyyəsindən danışıb.
Putin MDB ölkələrinin ümumi ÜDM-i 2024-cü ilin sonuna kimi 4,7% artacağını söyləyib.
Onun sözlərinə görə, MDB daxilində milli valyutalarla hesablaşmaların payı 85%-i ötür.
Putin MDB-də könüllülərin və qeyri-kommersiya təşkilatlarının beynəlxalq assosiasiyasının yaradılmasını və hər il könüllülərin qurultaylarının keçirilməsini təklif edib.
O, Rusiyanın MDB ölkələrinin hərbçilərinin Qırmızı Meydandakı Qələbə Paradında iştirakına ümid etdiyini söyləyib.
Poliqon.info