EN

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9,2%artıb

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2% artaraq 6 milyard 940,3 milyon manat olub.

Bu barədə Fins.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6643,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.

Fuad Mədətov
Fins.az

Chosen
5
3
fins.az

10Sources