EN

Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

“İki sahil” xəbər verir ki, nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib:

Qəza nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik.

Allah rəhmət eləsin!

Chosen
4
2
ikisahil.az

3Sources