EN

Azərbaycanlı nazirlər təyyarənin qəzaya uğradığı yerdə - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL-a məxsus təyyarə qəzası barədə məlumat toplamaq üçün Qazaxıstanın Aktau şəhərinə gedən azərbaycanlı nazirlər artıq qəza yerindədirlər.

Hafta.az ərazidən fotoları təqdim edir:

***

***

Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL-a məxsus təyyarə qəzası barədə məlumat toplamaq üçün Qazaxıstanın Aktau şəhərinə gedən azərbaycanlı nazirlər artıq oradadırlar.

Hafta.az xəbər verir ki, Qazaxıstan KİV-i azərbaycanlı məmurların şəkillərini yayıb.

Xatırladaq ki, hadisəni yerində araşdırmaq məqsədilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə gediblər.

***

Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Xəbər yenilənəcək

Chosen
18
4
hafta.az

10Sources