1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib:
"Qəza nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik.
Allah rəhmət eləsin!"
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 25, 2024
Allah rəhmət eləsin!