EN

Təyyarə qəzası zamanı zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradılıb

Bakı-Qroznı reysi üzrə uçuşu həyata keçirilən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkən şəxslərin yaxınlarına dəstək məqsədi ilə psixololoqlardan ibarət qrup yaradılıb.

Səhiyyə Nazirliyindən "Unikal"a verilən xəbərə görə, qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib.

Bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib.

Bu istiqamətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirirlməsinin mümkünlüyünü öyrənir.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək

Chosen
23
50
unikal.az

10Sources