EN

Rusiya FHN-nin xüsusi təyyarəsi təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq

Rusiya Fövqəladə Hallar Nazirliyinin tibii modullarla təchiz olunmuş İl-76 xüsusi təyyarəsi Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya FHN-dən bildirilib.


Qeyd olunub ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığına əsasən və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişinə əsasən, xüsusi reys Moskvadan Aktauya uçub.


Bildirilib ki, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan rusiyalıların sanitar təxliyyəsini tibbi təyyarə həyata keçirəcək.
Təyyarə yaralıların daşınması üçün bütün lazımi avadanlıqla təchiz olunub.Müasir xüsusi tibbi modullar, süni tənəffüs aparatları və ürək monitorları uçuş zamanı xəstələrə tibbi yardım göstərməyə və onların vəziyyətinə nəzarət etməyə imkan verir.


Əlavə olunub ki, “Centrospas” dəstəsinin həkimləri, Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi təyyarədə zərərçəkənləri müşayiət edəcək.


Qeyd edək ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraya Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsində miliyyətcə azərbaycanlı olan üç Rusiya vətəndaşının da olduğu bildirilib.

Chosen
10
20
apa.az

10Sources