EN

Xaricdə yaşayan azərbaycanlılar Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar xalqımıza başsağlığı verib

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi Aktau şəhərində baş vermiştəyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib.

Trend xəbər verir ki,başsağlığında qeyd olunub:

"Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysiniyerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması, insanlarınfaciəvi şəkildə dünyalarını dəyişməsi xəbəri biz xaricdə yaşayanazərbaycanlıları dərindən sarsıdıb. Qəza nəticəsində həlak olanlaraAllahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznləbaşsağlığı verir, yaralananlara tezliklə şəfa arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiilə dövlətimizin baş vermiş hadisənin səbəblərini araşdıraraqmüvafiq tədbirlər görəcəyinə əminliyimizi ifadə edirik.

Tarixən xalqımız öz birlik və bərabərliyi sayəsində bütün çətingünlərdən alnıaçıq çıxıb. Biz xaricdə yaşayan azərbaycanlılar beləbir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizinyanında olduğumuzu bildiririk.

Uca Tanrı xalqımızı qorusun!"

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Chosen
16
11
az.trend.az

10Sources