Moldova Respublikasının Prezidenti Maya Sandu Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Leqal.info xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.
"Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğramasına görə dərin kədər hissi keçiririk. Dualarımız həlak olanlar, onların ailələri və bütün zərərçəkənlərlədir. Sağ qalanlara və yerdə olan xilasetmə qruplarına güc diləyirik",-deyə Moldova Prezidenti qeyd edib.
Leqal.info