EN

Medianın İnkişafı Agentliyi açıqlama yaydı

Ajans.az xəbər verir ki, media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.

Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.

Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq.

Chosen
20
13
Ajans.az

10Sources